​"Qarabağ" - "Kukesi" matçı canlı yayımlanacaq

Baxış sayı:
7195

"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında Tofiq Bəhramov adına Respublika stadionunda Albaniyanın "Kukesi" klubunu qəbul edəcək.
Muxalifet.az xəbər verir ki, avqustun 1-i, saat 21:00-da start götürəcək qarşılaşma "CBC Sport" telekanalı vasitəsiylə canlı yayımlanacaq. Bu barədə klubun Facebook səhifəsi məlumat yayıb.
Qeyd edək ki, Albaniyada keçirilən ilk oyun 0:0 hesablı bərabərliklə başa çatıb.