​“Qarabağ”-“Çelsi” matçı: azarkeşlər narahatdır...

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”-“Çelsi” oyununun baş tutmasına 2 gün qalıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin hava durumu ilə bağlı verdiyi açıqlama oyunu səbirsizliklə gözləyən azarkeşləri bir qədər məyus edib. Azarkeşləri narahat edən əsas məsələlər həm gediş-gəliş, həm də stadionda islanmaqdır.
Bakı Olimpiya Stadionundan  verilən məlumata görə, azarkeşlərin rahat gediş-gəlişi üçün BNA tərəfindən 400-dən çox ekspres avtobus ayrılıb:
“Ümid edirik ki, hava şəraiti oyunun keçirilməsinə mənfi təsir etməyəcək. Amma havanın yağmurlu olması səbəbindən azarkeşlərin islanmaması üçün hər hansı tədbir görmək imkanımız xaricindədir”.
Qeyd edək ki, noyabrın 22-si, saat 21:00-da Bakı Olimpiya Stadionunda “Qarabağ”-“Çelsi” oyunu keçiriləcək. ETSN həmin gün Bakıda gün ərzində şimal-qərb küləyinin güclənəcəyini, axşam yağış yağacağını açıqlayıb.