Putinin 20 illik hakimiyyəti rusları Uzaq Şərqi tərk etməyə məcbur etdi

Baxış sayı:
1837

Moskvanın ətraflarında elit kottec kəndi Cote d'Azur yerləşir. Noyabrın sonunda kənddə yüzə yaxın olan dəbdəbəli kotteclərin birində 46 yaşlı biznesmen hamam otağında dincəlirdi. Torpağın sahəsi min kvadratmetrə yaxındır. Üzmə hovuzu, ev teatrı və hətta gözəllik salonu da var. Qərb ölkələri Krımın ilhaqına görə Rusiyaya sanksiyalar tətbiq etdikdən sonra bazar qiyməti təxminən yarıbayarı düşdü, amma indi də qiymət bir milyard iyendən çoxdur.
"Kalinka Group" Daşınmaz Əmlak Agentliyini lüks əmlaka baxmaq və ya almaq istəyən yüksək vəzifəli şəxslər və şirkət rəhbərləri ziyarət edirlər.
Çiçəklənən böyük şəhərlər və geridə qalan bölgələr arasındakı gəlir, təbəqələşmənin miqyasını əks edirir. 2018-ci ildə Moskvada orta aylıq əmək haqqı 66 min rubl idi. Bu, bütün Rusiya üzrə olduğunan, orta hesabla iki dəfə çoxdur. Rusiya Prezidenti Vladimir Putin hakimiyyəti əlində cəmləşdirdiyi üçün, iqtidara yaxın şirkətlər və yüksək vəzifəli şəxslər zənginləşirlər.
Eyni zamanda, yoxsulların sayı 2008-ci ildə 9% idisə, indi 13% -ə yüksəldi. 2000-ci illərin enerji bumu bitdi və iqtisadi artım yavaşladı. Bölgələr kasıblaşır.
"Uzaq Şərq əhalisinin artımına dair ümidlər barədə səslər eşidilir, amma problemlər çoxdur: asfaltlanmamış yollar, keyfiyyətsiz klinikalar və daha çox ...". İki il əvvəl KXDR-ə nisbətən yaxın olan Melniki kəndində yaşayan evdar qadın Ekaterina Legostaeva (40 yaş) Putinə həyat çətinliyindən şikayət məktubu yazdı.
Altı nəfərlik ailəsi bir mərtəbəli evdə yaşayır. Divarın o tərəfində başqa ailə yaşayır. Ailənin aylıq gəlirləri qeyri-sabitdir. İşlər pis gedirsə, 15 min rubl keçmir. Hər ay böyük bir ailəyə təxminən iki min rubl məbləğində müavinət verilir, lakin bu kifayət deyil. Bu vaxt, Uzaq Şərqin inkişafı üçün ayrılan büdcə pullarının korrupsiyaya uğradığı üçün yoxa çıxması ilə bağlı şayiələr var.
Uzaq Şərq bölgəsi Rusiya ərazisinin 40% -ni tutur, lakin 1990-cı ildən bəri əhali 20% -dən çox azalıb.
"Hər kəs daha yaxşı bir həyat axtarışına çıxır", Yapon dənizinə çıxışı olan Naxodkada yaşayan dörd uşaq anası deyir. Yerli zavodda maaşların səviyyəsi beş ildir dəyişməyib, eyni zamanda qiymətlər iki dəfə artıb. Borclar böyüyür, buna görə ailə dövlət qayğısını hiss etmir.

Sentyabr ayında Vladivostokda keçirilən Uzaq Şərqin inkişafı ilə bağlı görüşdə yerli liderlərdən biri dedi: "Uzaq Şərq doğrudanda lazımdırmı?" Putin əsəbiləşən səslə, "Hansı axmaq bunu dedi?", deyə cavab verdi.
Mərkəz və bölgələr arasındakı təbəqələşmə Putinin "Vahid Rusiya"sının reytinqinin 30% -ə düşməsinin səbəblərindən biridir. 2024-cü ildə keçiriləcək prezident seçkiləri zamanı Putinin ardıcıl üçüncü müddətə namizədliyini irəli sürməsi qadağandır, buna görə də hakimiyyəti qorumaq üçün idarəetmə sisteminin yenidən qurmağa məcbur qalacaq. Totalitarizmin içəridən sıxıntı çəkir.
"Nihon Keizai"
Tərcümə etdi: Ülviyyə Şükürova
Muxalifet.az