"Putin yanvar ayında istefa verəcək" - İNGİLİS MEDİASINDAN SENSASİON İDDİA

Baxış sayı:
2001

“Ömürlük senator” layihəsi ilə bağlı iddialar

İngiltərə mediası Rusiya Prezidenti Vladimir Putinin yanvar ayında vəzifəsini tərk edəcəyi iddiasını irəli sürüb. İngiltərə mətbuatı Putinin Parkinson xəstəliyindən əziyyət çəkdiyini iddia edib.

Hurriyyet.org xəbər verir ki, “Deyli Meyl” nəşrinin Moskvadakı mənbələrdən əldə elədiyini yazdığı məlumatda Putinin 2012-ci ildən bəri Parkinson xəstəliyinin pəncəsində olduğu və yanvar ayının axırında dövlət başçısı vəzifəsindən istefa verəcəyi bildirilir.

Xəbərdə vaxtaşırı V.Putinin sağ qolunda görünən əlamətlərin Parkinson xəstəliyinin simptonu olduğu iddia edilir. Britaniya Tibb Jurnalı da öz araşdırmasında Putində bu əlamətlərin göründüyünü təsdiqləyib.

Məhz bu səbəbdən Rusiyada tələm-tələsin “ömürlük senator” qanunu layihəsinin hazırlandığı iddia edilir.

Bəlli olduğu kimi, Prezident Vladimir Putin Federasiya Şurasının formalaşmasına dair qanun layihəsini parlamentə təqdim edib. Bu barədə Rusiya KİV-ləri yazır. Sənədə əsasən, layihə təsdiqlənəcəyi halda, dövlət başçısı bəzi senatorları ömürlük təyin etmək hüququ qazanacaq. Senatorlar arasında prezident tərəfindən təyin olunanları sayı 30-dan çox olmayacaq, amma dövlət başçısı onlardan 7-nə ömürlük senator status vermək səlahiyyətinə malikdir. Bu təyinatda həmin şəxslərin dövlət qarşısında xidmətiləri nəzərə alınacaq. Eyni zamanda, keçmiş prezidentin səlahiyyətlərinə xitam verildiyi tarixdən etibarən üç ay ərzində ərizə təqdim edəcəyi təqdirdə o da ömürlük senator ola biləcək.