​Putin dəhşətli planı açıqladı: “Bu, fəlakət olacaq”

Baxış sayı:
850

Rusiya Prezidenti Vladimir Putininin mətbuat katibi Dmitri Peskov Rusiyanın nüvə təlimlərinə başlaya biləcəyini açıqlayıb.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, o, bu barədə “Valday” müzakirə klubunun iclasında danışıb.
Peskov Prezident Vladimir Putinin bu barədə açıqlamasını ictimaiyyətə çatdırıb:
“Rusiya doktrina səviyyəsində müdafiə hazırlığı xarakterli nüvə təlimləri keçirmək hüququnu özündə saxlayır. Lakin Putin bildirir ki, Rusiya heç kəsə hücum etməyəcək. Amma hücuma məruz qalarsa, lazım olan tədbirləri görəcək. Bunu başa düşmək çox vacibdir”.
Keçən həftə Putin “Valday” müzakirə klubunda Rusiyanın nüvə təliminin konsepsiyası barədə danışmışdı. O, nüvə silahlarının istifadənin qlobal fəlakətə bərabər olduğunu vurğulamışdı: “Moskva bu fəlakətin təşəbbüskarı ola bilməz”.
Rusiyaya qarşı nüvə silahından istifadə edilməsi ehtimallarından danışan Vladimir Putin, təcavüzkardan intiqam almağın qaçılmaz olduğunu, onun məhv ediləcəyini demişdi.