PSJ-dən darmadağın - 9:0

Baxış sayı:
3400

PSJ futbol üzrə Fransa çempionatının 21-ci turunda "Genqam"ı 9:0 hesabı ilə darmadağın edib.

Muxalifet.az report-a istinadən bildirir ki, Parisin "Park de Prens" stadionunda keçən görüşdə ev sahiblərinin heyətində Neymar dubl, Kilian Mbappe və Edinson Kavani isə het-trik edib.

Daha bir qolu rəqib komandanın qapısından müdafiəçi Toma Myönye keçirib.

Paris klubu bu qələbə sayəsində xallarının sayını 53-ə çatdırıb və turnir cədvəlində liderliyini davam etdirir. "Genqam" 14 xalla sonuncu 20-ci yerdə qərarlaşıb.