Prezidentə istefa vermək üçün 48 saat vaxt verildi

Baxış sayı:
4364
Cənubi Afrika Respublikasının (CAR) hakim partiyası Afrika Milli Konqresi (AMK) prezident Ceykob Zumeyə vəzifəsindan istefa vermək üçün 48 saat vaxt verib.
Muxalifet.az xəbər verir ki, bu barədə "SABC" teleradio şirkəti məlumat yayıb.
"SABC"-ın məlumatına görə, bazar ertəsi Afrika Milli Konqresinin İcraiyyə Komitəsi prezidentin vəzifəsinin aqibəti ilə bağlı qərarın çıxarılması üçün iclas keçirib. "News24" portalının məlumatında bildirilir ki, AMK lideri Siril Ramafosa partiyanın qərarı barədə dövlət başçısına məlumat vermək üçün prezidentin iqamətgahına gəlib.
Digər mətbu orqan isə bildirib ki, Cjeykob Zuma istefaya gedəcək. Mənbələrin məlumatına görə, bununla bağlı Zuma Ramafosa arasında razılıq əldə edilib.