Prezident hərbçilərə Ukraynada təlimlərdə iştirakı qadağan etdi

İqor Dodon: Moldovalı hərbi qulluqçuların ölkədən kənarda hərbi təlimlərdə iştirakı bizim üçün qəbuledilməzdir
 
Moldova prezidenti İqor Dodon moldovalı hərbçilərə sentyabrın əvvəllərində Ukraynanın Lvov vilayətində keçiriləcək "Rapid Trident-2017" çoxmillətli hərbi təlimlərdə iştirak etməyi qadağan edib.
RİA "Novosti" xəbər verir ki, bu barədə respublika başçısının mətbuat katibi İon Çeban məlumat verib.
"Moldovalı hərbi qulluqçuların ölkədən kənarda hərbi təlimlərdə iştirakı bizim üçün qəbuledilməzdir", - prezident "Facebook" səhifəsində yazıb.
Qeyd edək ki, "Rapid Trident-2017" beynəlxalq təlimləri sentyabrın 7-dən 23-dək Lvov vilayətindəki poliqonda keçiriləcək. Təlimlərə 14 ölkədən 2500-dən çox hərbi qulluqçu qatılacaq.