Poroşenko Zelenskini bu yolla bitirməyə çalışır - "Qara piar" işə düşüb...

Baxış sayı:
1921

Ukraynan prezident seçkilərinin birinci turunda ən çox səs toplamış namizəd olan aktyor, şoumen Vladimir Zelenskiyə qarşı cinayət işinin açılması tələb olunub.

Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə Ukrayna Ali Radasının birinci vitse-spikeri İrina Qeraşenko çıxış edib.

İrina Qeraşenko sosial şəbəkədəki səhifəsində qeyd edib ki, Zelenski çəkildiyi filmdə fiziki məhdudiyyətli şəxsləri "daunlar", "oliqofrenlər" adlandıraraq təhqir edib.

"Biz nifrət və düşmənçilik dilinin yolverilməz olduğu tolerant, avropayönümlü Ukrayna dövləti qururuq. Belə zarafat sivil cəmiyyətdə mümkün deyil. Tibbi terminlərin bu cür işlədilməsi insan ləyaqətini alçaldır, təhqir edir"- vitse-spiker deyib.

Qeraşenko vurğulayıb ki, Zelenskiyə hüquqi qiymət verilməsi üçün lazımi qurumlara sorğu göndərilib.

Qeyd edək ki, Vladimir Zelenski aprelin 21-də keçiriləcək seçkilərin ikinci turunda hazırkı prezident Pyotr Poroşenko ilə yarışacaq.