Polis qaradərili vətəndaşı öldürdü

Şimali Çarlston şəhərində baş vermiş hadisə həvəskar kadrlarda öz əksini tapıb

Amerika Birləşmiş Ştatlarının Cənubi Karolina ştatında polis qaradərili vətəndaşı atəş açaraq öldürüb.

Verilən  məlumata görə, Şimali Çarlston şəhərində baş vermiş hadisə həvəskar kadrlarda öz əksini tapıb.

Kadrlarda öldürülən şəxs olan Uolter Skotun polisdən qaçmağa çalışdığı görülür.

Lakin polis Maykl Sleqer dərhal silahına əl ataraq ona arxadan bir neçə dəfə atəş açır. Qaradərili 50 yaşlı şəxs elə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı istintaq araşdırması başladılıb. Polis Sleqer həbs olunub.

Məlumata görə, polis Skotun avtomobilində arxa işıqlardan birinin zədələnməsi ilə əlaqədar onu saxlayıb. Bir qədər sonra məsələ tərəflər arasında mübahisəyə çevrilib.