​PKK/PYD filmi çəkəcək Fatih Akına “Qızıl qlobus” mükafatı verildi

Baxış sayı:
4866

Bu il 75-ci dəfə, ABŞ-ın Kaliforniya əyalətində keçirilən, ən yaxşı filmlərə və Amerika kino xadimlərinə verilən “Qızıl Qlobus” mükafatı mərasimində, PKK/PYD terrorçuları ilə bağlı film çəkəcəyini bəyan etmiş Türkiyə əsilli almaniyalı rejissor Fatih Akına da mükafat verilib.
Fatih Akının Almaniya-Fransa birgə istehsalı olan “The Fade” filmi əcnəbi dildə ən yaxşı film mükafatına layiq görülüb.
Xatırladaq ki, PKK terror təşkilatını vəsf edəcək bir film çəkməyə hazırlaşan Fatih Akın buna görə Türkiyədə tənqid edilmişdi(hurriyyet.org).