Pentaqondan qalmaqallı S-400 açıqlaması - "... buna sahib olmayacaq"

Baxış sayı:
5008

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Amerika texnologiyasının Rusiyanın əlinə keçməsi riski səbəbilə Türkiyənin həm F-35, həm də S-400 sahibi olmayacağı mesajını bir daha göndərib. 

1 mayda ABŞ Konqresinin alt qanadı Nümayəndələr Məclisinin Təsisat Komissiyanı məlumatlandıran Müdafiə nazirinin vəkili Patrik Şanahan, Türkiyənin Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemləri almadığı təqdirdə ABŞ-la müttəfiqlərinin birgə istehsal etdiyi F-35 kabus döyüş təyyarələrinə əlini vura bilməyəcəyi fikrini təkrarlayıb.
 
Türkiyə sualına qalmaqal cavab
 
Konqresmen Mario Diaz-Balartın "Bu mesajı Ankaraya kifayət qədər aydın şəkildə verdinizmi" sualına, Şanahan "Məncə səhv anlamaları çox kiçik bir ehtimal belə yoxdur", - cavabını verib.
Bundan sonra Konqresmen Diaz-Balart “Ya biri, ya da başqası, yoxsa F-35-lərə sahib ola bilməzlər" vurğusunu edərkən, Şanahan “O məsələdə bizim tərəfimizdə bir fikir qarışıqlığı yoxdur", - deyə söyləyib.

Müxalifət.az