Parlamenti boykot edən 51 deputat haqda qərar verildi - GÜRCÜSTANDA

Baxış sayı:
1389

Gürcüstan parlamenti 51 müxalif deputatın səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması ilə bağlı məsələni dəstəkləməyib.

Belə ki, hər bir deputatla bağlı məsələyə ayrıca baxılıb və onların heç biri ilə bağlı müsbət qərar qəbul olunmayıb.

Beləliklə, müxalifət formal olaraq qanunverici orqanda qalır.

Qeyd edək ki, hazırda Gürcüstan parlamentində 150 deputatın əvəzinə 96 deputat təmsil olunur. Müxalifətə məxsus 60 kürsünün yalnız 6-sı tutulub./report