​"Onların penaltiyə niyə etiraz etdiyini anlamıram" - RONALDO

Baxış sayı:
2911

"Bu oyunda çox əziyyət çəkdik. Bu matç bizə yaxşı dərs olacaq. Futbolda heç vaxt heç nə əvvəldən həll olunmayıb. Sonuna kimi vuruşmaq lazımdır".
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Real"ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının 1/4 finalında "Yuventus"a cavab oyunundan sonra deyib.
Komandasının yeganə qolunun müəllifi olan portuqaliyalı hücumçu söyləyib ki, daha çox qol vura bilərdilər: "Amma Buffon və "Yuventus"un futbolçuları buna imkan vermədilər".
K.Ronaldo "Yuventus"un qapısına son dəqiqədə təyin olan penaltiyə rəqib oyunçuların kəskin etirazına da münasibət bildirib: "Mən anlamıram, onlar niyə etiraz edirdilər. Orada penalti var idi. Həmin vaxt özümü sakit saxladım. Çünki anlayırdım ki, həlledici andır".
Qeyd edək ki, "Real" iki oyunun nəticəsinə (3:0, 1:3) əsasən yarımfinala yüksəlib.