Nurməhəmmədov Makqreqorla təkrar döyüşün şərtini açıqladı

Baxış sayı:
490

UFC çempionu Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqorla revanş döyüşün şərtlərini açıqlayıb.

“Sovetski sport” yazır ki, Nurməhəmmədov revanş döyüşün keçirilməsi üçün rəqibinin başqa döyüşdə qalib gəlməsini şərt göstərib.

“Sən və sənin təmsil etdiyin komanda 2016-cı ildən titullar qazanmamısınız. İlk növbədə sən qalib gəlməlisən. Bundan sonra revanş döyüş haqqında söhbət edə bilərik”,- deyə o vurğulayıb.

Qeyd edək ki, dünən Makqreqor sosial şəbəkədə Nurməhəmmədovu promouşenin ən yaxşı döyüşçüsü hesab etmədiyini açıqlayıb. O bildirib ki, revanş döyüş bütün suallara aydınlıq gətirəcək. (oxu.az)