​ Nura onu təhqir edən izləyicilərini polisə verdi

Baxış sayı:
4956

Tanınmış müğənni Nura Suri sosial şəbəkədə onu təhqir edən izləyicilərini polisə verib.
 
Muxalifət.az
xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkədə məluat verib. O, bildirib ki, artıq bir neçə nəfər polis şöbəsinə gətirilib və Nuradan üzr istəyib:
 
"İkinci dəfədir ki, bu məsələ ilə bağlı polisə müraciət edirəm. Operativ çalışdıqlarına görə, onlara öz minnətdarlığımı bildirirəm. Çox heyfslənirəm ki, belə xırda işlərlə onların vaxtını alırıq. Keçən il də, bu il də şərhlərdə məni təhqir edən bir neçə şəxsin kimliyi müəyyənləşdirilib və tapılıb. Şərh yazanlar etdikləri hərəkət görə, üzr istəyiblər. Bu il isə yenidən bu tipli şərhlər yazan, şər atan və təhqir edən bir neçə şəxs barədə də araşdırılma aparılıb və ünvanlarına qədər tapılıb. İnşallah, daha ətraflı iki gün ərzində məlumat verəcəm. Bizi qoruyub, keşiyimizdə duran Azərbaycan polislərinə dərin minnətdarlığımı bildirir, hər zaman belə qətiyyətli və məğrur durmalarını arzu edirəm".
 
Qeyd edək ki, analoji hal bu yaxınlarda teleaparıcı Afaq Gəncəlinin də başına gəlmişdi. O, təhqir yazan izləyiciləri barədə hüquq mühafizə orqanlarının ölçü götürəcəyini yazmışdı.