NAXÇIVANIN SABİQ DAXİLİ İŞLƏR NAZİRİ HƏBS OLUNDU - Baş Prokurorluqdan aşıqlama

Baxış sayı:
1661

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov həbs edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Ə.Əhmədov prokurorluq əməkdaşları tərəfindən saxlanılıb.

Onun nədə ittiham olunması barədə hələlik açıqlama verilməyib.

Qeyd edək ki, Ə.Əhmədov 2017-ci ilədək Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb.