“ƏN PİS SSENARİ OLA BİLƏR” - Rusiyadan Ərdoğanın İdlib uğrunda yeni müharibə anonsuna REAKSİYA

Baxış sayı:
2640

Rusiya rəsmiləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanın İdlib bölgəsindəki vəziyyətlə bağlı çıxışına münasibət bildirib.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Suriya ordusunu dəstəklədiklərini deyərək tərəfləri İdlibə dair razılaşmaya əməl etməyə çağırıb.

O, eyni zamanda Rusiyanın Türkiyə ilə yüksək səviyyədə əməkdaşlığa hazır olduğunu söyləyib.

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov isə rəsmi Kremlin Ankara ilə dialoqu davam etdirmək niyyətində olduğunu vurğulayıb: "Türkiyənin Suriya ordusuna qarşı hərbi əməliyyata başlaması ən pis ssenari ola bilər. Ona görə də Rusiya İdlibdə vəziyyətin gərginləşməməsi üçün Türkiyə ilə təmaslarını davam etdirəcək".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Suriyada hər an əməliyyata başlaya biləcəyini bəyan edib.(Report)