Məzahir Pənahov MSK-nın rekord vurduğun açıqladı - 617 NAMİZƏD QEYDƏ ALINIB
8-01-2020 18:42
Baxış sayı:
2896
"Bu günə kimi, növbədənkənar parlament seçkiləriylə bağlı 617 nəfərin namizədliyi qeydə alınıb".
Bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.
O qeyd edib ki, qeydə alınan namizədlərdən 149 nəfəri 14 siyasi partiya, 6 nəfəri fərdi təşəbbüs qrupu, 462 nəfər isə fərdi qaydada irəli sürülüb: "Bunlar dünənin məlumatlarıdır və rekord göstəricilərdir".
M. Pənahov qeyd edib ki, Milli Məclisə keçiriləcək seçkilərlə bağlı bu günə kimi cəmi 12 müraciət MSK-ya daxil olub: "Bu da kifayət qədər aşağı göstəricidir. Sevindirici haldır ki, müraciət edənlərin sayında azlıq var. 12 müraciətdən də təxminən yarısı namizədin xeyrinə həll edilib. Yalnız əmlakla bağlı məsələdə şikayəti qəbul etmək hüququmuz yoxdur".