​Mustafa Sandalın keçmiş arvadı avtomobil qəzasına düşdü

Baxış sayı:
313

Müğənni Mustafa Sandaldan iyun ayında boşanan Əminə Yahoviç avtomobil qəzasına düşüb.
Muxalifet.az xəbər verir ki, Əminə yeni klipin çəkilişləri üçün bir müddətdir Belqrad şəhərindədir. Dünən axşam isə müğənni avtomobil qəzasına düşüb.
Yahoviç mətbuatda ciddi xəsarət aldığı barədə xəbərlərə aydınlıq gətirmək üçün sosial şəbəkədəki səhifəsində paylaşım edib:
“Sevgili dostlarım, avtomobil qəzasından sonra vəziyyətim normaldır. Belqradda çəkiliş meydançasında idim. Hələ də yaşadıqlarımın şoku var. İşləməyə davam edirəm. Dəstəkləriniz üçün təşəkkür edirəm, hamını sevirəm”.