​"Müqaviləm bitənədək futbol oynayacağam" — Lionel Messi

Baxış sayı:
7915

"Barselona"nın argentinalı ulduzu Lionel Messi Kriştianu Ronaldunun "Yuventus"a transferi və futbolu nə vaxt tərk edəcəyi haqqında danışıb.
Muxalifet.az-ın məlumatına görə, Messi qeyd edib, Ronaldosuz "Real Madrid" zəifləmir, lakin "Yuventus" Çempionlar Liqasının favoritlərindən olur. "Açığı onun "Yuventus"a getdiyini eşidəndə çox təəccübləndim. Onu "Real Madrid"dən kənarda düşünə bilmirdim" - deyə, Messi əlavə edib.
Messi həmçinin qeyd edib ki, hazırda futbolçular bir komandaya bağlı qalmaqdan çox pul qazanmaq üçün karyeralarını davam etdirirlər.
2021-ci ildə "Barselona" ilə müqaviləsi bitəndə 34 yaşında olacaq ulduz futbolçu "Müqaviləm bitənə kimi futbol oynayacağam. Sonra isə futbola davam edib-etməyəcəyimi klubla müzakirə edəcəyik" deyib.