​Məşhur stadionda terror həyəcanı

"Mançester Yunayted" – "Bornmut" matçı təxirə salınıb
 
"Mançester Yunayted" – "Bornmut" matçı terror təhlükəsi səbəbindən baş tutmayıb.
"Old Trafford" stationunda keçirilməsi nəzərdə tutulan oyundan əvvəl terror xəbərdarlığı edilib. Təhlükəsizlik xidməti əməkdaşları azarkeşləri meydandan çıxararkən tribunada şübhəli paket tapıblar.
İngiltərə premyer liqasının son həftəsində "Mançester Yunayted" doğma meydanda Bornmutu qəbul etməli idi. Lakin oyunun başlanmasına 5 dəqiqə qalmış stadion tamamilə boşaldılıb.
Aleks Ferqyusonun meydanı tərk etməsindən və azarkeşlərin boşaldılmasından sonra meydanda olan futbolçularda geyinib-soyunma otağına geri qayıdıblar.
Mayın 13-də isə İspaniya futbol klubu "Real Madrid" terrorun hədəfində olub. Futbol Klubunun İraqda yerləşən mərkəzlərindən birinə silahlı hücum edilib. İŞİD terror qruplaşması tərəfindən törədildiyi deyilən hadisə nəticəsində 16 nəfər həlak olub, 20 nəfər yaralanıb.
Bu barədə İspaniyanın "AS" idman qəzeti məlumat yayıb. Mənbənin verdiyi məlumata görə, qanlı hadisə Bağdaddan 125 kilometr məsafədə Samarra şəhərində yerləşən mərkəzdə baş verib.
İraqda "Real Madrid" azarkeşlərinin toplaşdığı yer olan mərkəzdə tərəfdarlar ispan nəhənginin matçlarını izləmək üçün yığışırdılar. Mərkəzdən verilən məlumata görə, bir qrup İŞİD terrorçusu AK-47 silahları ilə qarşılarına çıxan hər kəsi atəşə tutub(anspress).