​Məşhur futbolçuya SİLAHLI HÜCUM - Canını 20 minlik saat qurtardı

Baxış sayı:
4378

“Napoli”nin hücumçusu Arkadiuş Milik Çempionlar Liqasının qrup mərhələsinin II turunda “Liverpul”a qalib gəldikləri oyundan sonra silahlı soyğunun qurbanı olub.
“Qafqazinfo” “II Mattino”ya istinadən xəbər verir ki, Milik klubun bazasından evə doğru 02:00-da yola düşüb. Onun yolunu motosiklet sürən iki şəxs kəsib. Üzlərini bağlayan həmin şəxslər Miliki maşınından düşürüblər və silahı ona doğru tutaraq, hədə-qorxu gəliblər.
Qorxulu anlar yaşayan polşalı hücumçu qolundakı 20 min avroluq "Rolex Daytona" saatını yolkəsənlərə verib. Saatı almağa razılaşan quldurlar turist bölgə olan Likola istiqamətinə doğru gediblər.
Napoli polisi sözügedən şəxsləri axtarmaq üçün araşdırmalara başlayıb.