Məşhur futbolçunun atası tribunada öldü - OĞLUNUN OYNUNA BAXIRDI

Baxış sayı:
1777

“Ştutqart” klubunun kapitanı Kristian Gentnerin atası oğlunun oyununa baxarkən tribunada dünyasını dəyişib.

Trend-in məlumatına görə, Mixael Gentner dünən “Herta” ilə matçın gedişində anidən yıxılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Ölüm səbəbi hələ ki məlum deyil.

Hadisə ilə bağlı “Ştutqart” klubu açıqlama yayaraq Gentnerə başsağlığı verib.