Moskvada Azərbaycan vətəndaşına 5 BIÇAQ ZƏRBƏSİ VURULDU
18-10-2017 07:40
Moskvada Azərbaycan vətəndaşı bıçaqlanıb.
Bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.
Hadisə ötən gün günorta saatlarında İvan Susanin küçəsində qeydə alınıb. 34 yaşlı azərbaycanlı sinəsindən və sol bud nahiyəsindən azı 5 bıçaq zərbəsi alıb. Yaralı əməliyyat olunub.
Zərərçəkmiş hadisəni törədənlər barədə məlumat verə bilməyib.