MOLLA REJİMİNİN YENİ HƏDƏFLƏRİ - İranda prezidentlik üsul-idarəsi ləğv edilə bilər

Baxış sayı:
853

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandanının mədəniyyət müşaviri bu yaxınlarda İslam Respublikasının icra strukturunda əhəmiyyətli islahatlardan söz açıb: prezidentliyin ləğv edilməsi və baş nazir vəzifəsinin bərpası ideyası. Məhəmməd Hüseyn Səffar Hərəndi belə bir dəyişiklik edildikdə, İran parlamentinin hökumət başçısını istefaya göndərmək və yeni şəxslə əvəz etmək səlahiyyətindən istifadə edəcəyini bildirib.

Muxalifet.az strateq.az-a istinadən bildirir ki, prezidentlik üsul-idarəsindən parlament sisteminə keçid təklifi İslam Respublikasının siyasi elitasında ilk dəfə səslənmir. Hələ 2011-ci ilin oktyabrında Ali Rəhbər Ayətullah Əli Xamnəi uzaq gələcəkdə belə bir dəyişikliyin baş verə biləcəyi barədə danışmışdı. Ancaq planın həyata keçirilməsi istiqamətində heç bir addım atılmadı. İndi Səffar Hərəndinin təklifi son iki, o cümlədən Həsən Ruhanini iqtidara gətirən prezident seçkilərinin nəticələrindən məyus olan İİKK komandirlərinin şərhlərinin davamıdır.

Səffar Hərəndi martın 19-da dövlət televiziyasında nümayiş etdirilən müzakirədə hökumət başçısının "gündəlik hesabat verməsi" üçün və "millət vəkilləri"nin onu yarasız hesab etdikdə, yerinə başqa bir şəxsin, "məsələn, parlament kimi" bir qurum tərəfindən təyin edilməsini irəli sürüb.

Şərhlərdə Ruhaninin fəaliyyətindən narazılığın açıq olduğu və daha da önəmlisi, İran ultra mühafizəkarlarının siyasi xəttinə qarşı çıxdığını düşündükləri istənilən administrasiyanı devirmək istədiyini göstərib.

Bu qeydlər hökumət tərəfindən maliyyələşdirilən "Soroush Magazine" nəşrinə İIKK komandanı general-leytenant Məhəmməd Əli Cəfərinin müsahibəsi ilə üst-üstə düşüb. Cəfəri birbaşa prezident seçkilərində "xalq tərəfindən seçilmiş iqtidar"ı mövcud iqtisadi böhranlara görə ittihamlayıb. İİKK komandanı Ruhaninin adını çəkmədən deyib ki, bu günün "problemləri bir şəxsin deyil, doğru seçim etməmiş insanların təqsiridir. Onlar həssas hərəkət etməlidirlər".

Cəfəri, həmçinin, 2017-ci ilin mayında dövlət televiziyasında nümayiş olunan prezidentliyə namizədlərin mübahisəli müzakirələrinə toxunub. Həmin müzakirələrdə Ruhani və onun rəqibləri iranlı tamaşaçıların gözü qarşısında "çirkli kampaniya keçiriblər". General Cəfəri müzakirələrdə insanların "bəlağətinə görə" və "rəqiblərini yalnız şifahi məğlub etdiyinə" görə hansısa namizədi bəyənməsini tənqid edib: "Əgər qalibin dildən pərgar olması vacibdirsə, onda bütün sistem söz yığını olacaq".

İİKK komandanı Ruhani hökumətini gəlişigözəl sözlər və şirin vədlərdən başqa heç nə etməməkdə ittihamlayıb. O deyib: "Amma real hərəkət adamı olan namizəd müzakirələr zamanı bəlkə də rəqiblərini məğlub edə bilməz".

Solda: İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) komandanının mədəniyyət müşaviri Məhəmməd Hüseyn Səffar Hərəndi

Korpus generalının istinadları daha açıqdır. Hökumətin davamlı şikayətlərə görə məsul olduğunu dilə gətirərək, o, seçicilərin 2013 və 2017-ci il prezident seçkilərində səhv seçim etdiyinə inanır.

Son həftələrdəki bu düşüncəni əks etdirilən oxşar fikirlərin ümumən İİKK rəhbərliyinin rəsmi mövqeyinin olması ehtimalını gücləndirib.

"Bugünkü iqtisadi mənzərə son seçkinin nəticəsidir, - İİKK-nın mədəniyyət və sosial məsələlər üzrə komandan köməkçisi Məhəmməd Rza Nəğdi bildirib. - Əgər bu günlərdə iqtisadi çətinliklər haqqında şikayətlərimiz varsa, buna görə məsuliyyəti biz daşıyırıq, çünki biz iqtisadi problemlərin həllində diplomatiyada ilğım dalınca düşənlərə səs vermişik".

Eyni gündə İİKK-nın Aerokosmik Qüvvələrinin komandanı general Əmir Əli Hacızadə insanları gələcək seçkilər barədə düşünməyə çağırıb: "Biz səriştəli şəxsləri seçdikdə, müsbət nəticələrə şahidlik etdik. İndi ölkəmizin parlaq gələcəyini təmin etməkdən ötrü iki dəfə düşünmək məcburiyyətindəyik".

Ruhani iqtidara gəlişinin erkən dövründən İİKK ilə kəskin fərqləri ortaya çıxarıb. Son illərdə iki tərəf arasındakı mübahisələr həm açıq, həm də gizli aparılır. Bəzi məqamlarda bu örtülü və kinayəli şəkildə ortaya çıxıb. 2017-ci ildə keçirilən prezident müzakirələri ən açıq şəkildə boşluğu sərgiləyib. Ruhani raket sınaqları ilə İİKK-nın Birgə Fəaliyyət Planını (JCPOA) sabotaj etmək cəhdində ittiham edib.

İİKK və Ruhani hökuməti arasında baş verən qarşıdurma əsasən JCPOA ətrafında olub və inqilab keşikçiləri müqaviləni qınamaqda heç vaxt tərəddüd etməyiblər. JCPOA gözlə görünən ölü nöqtəyə çatdıqda, komandirlər daha güclü mövqe əldə edib və İranın iqtisadi uğursuzluqlarını hökumətin pis idarəçiliyi ilə əlaqələndiriblər.

Ötən ilin avqustda Ali Liderin dəstək çıxışını nəzərə alaraq, barışmaz tənqidçilərinin gündəmində Ruhaninin ikinci dövrünü yarıda qoyma görünmür. Xamnəinin sözləri Ruhaninin "boynunu vurmaq" istəyən bir qrup millət vəkilinə cavab idi: "Hökumətin istefasının vacibliyini iddia edənlər düşmənin dəyirmanına su tökür".

Mövcud şərtlər hazırda prezident üsul-idarəsinin aradan qaldırmaq üçün yaranmır. Lakin 2020-ci ildə keçiriləcək parlament seçkiləri və 2021-ci ildə keçiriləcək prezident seçkiləri ərəfəsində yüksək səviyyəli İİKK generallarının daha əlverişli siyasi atmosferə doğru səylərinə şahid olacağıq.

Onlar hazırkı Məclisin tərkibini dəyişdirmək və yeni rəhbərliyin gəlməsi üçün zəmin hazırlayacaqlar. Ruhani ilə müqayisədə, yeni administrasiya daha kövrək olacaq. Uzun müddət açıq-aşkar deyilməyən arzu artıq şəffaf ifadə edilir.