Molla rejimi küncə sıxışdırılır - ETİRAZLAR TEHRANA ÇATDI

Baxış sayı:
3553

İranın paytaxtı Tehranda bahalaşma əleyhinə etiraz aksiyası keçirilib.
 
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, İsfahan, Məşhəd və Şirazdan sonra etirazlar Tehrana çatıb.
 
Dolların sürətlə bahalaşması, inflyasiya və işsizlik insanları küçələrə çıxmağa məcbur edib. Polis aksiyanı dağıtmaq üçün gücdən istifadə edib. Saxlanılanlar var.
 
Qeyd edək ki, Məşhəddəki etirazlar zamanı 10-dan çox aksiya iştirakçısı öldürülüb.