​Moldovalı hücumçu: MƏQSƏDİMİZ AZƏRBAYCANLA OYUNDA...

Baxış sayı:
1129

Milliyə dəvət aldığım üçün sevincli, ölkəmin şərəfini qoruyacağım üçün qürurluyam.
Muxalifət.az xəbər verir ki, bunu Moldova yığmasının hücumçusu Vitali Damaşkan deyib.
Bu yaxınlarda “Torino”ya transfer edilən Damaşkan ilk olaraq Moldova yığmasının yeni baş məşqçisi Aleksandr Spiridon haqda danışıb: “Yeni baş məşqçimiz çox güclü mütəxəssisdir. Onunla bir-birimizi əla başa düşürük. Məqsədimiz həm Cənubi Koreya, həm də Azərbaycanla görüşdə gücümüzü göstərmək, nəyə qadir olduğumuzu bilmək və uğurlu nəticə qazanmaqdır".
Qeyd edək ki, Moldova yığması yanvarın 27-də Antalyada Cənubi Koreya, 30-da isə Azərbaycanla qarşılaşacaq.