Millimizin rəqibi məlum oldu

Baxış sayı:
11017

Azərbaycan milli komandası martın 25-də yoldaşlıq oyunu keçirəcək.
Muxalifet.az xəbər verir ki, millimiz “Bakcell Arena”da Litva millisi ilə qarşılaşacaq.
Qarşılaşma saat 18:00-da başlayacaq.
Qeyd edək ki, bu matçdan əvvəl Nikola Yurçeviçin başçılıq etdiyi millimiz ilk sınağını Xorvatiyaya qarşı verəcək. Həmin görüş martın 21-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək.