​Millimiz Gürcüstanla bacarmadı

Baxış sayı:
6484

Mayın 16-da 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Gürcüstan millisi ilə yoldaşlıq oyunu keçirib.
Muxalifet.az xəbər verir ki, "Dalğa Arena"dakı qarşılaşmanın birinci hissəsində hesab açılmayıb.
Fasilədən sonra millimiz 66-cı dəqiqədə Ziya Əzizovun vurduğu qolla önə çıxıb - 1:0. Qoldan on dəqiqə sonra qonaqlar hesabı bərabərləşdiriblər. Muciri adını tabloya yazdırıb - 1:1. Oyunda son nöqtəni Gürcüstan komandası qoyub. David Samurkasov baxımlı qola imza atıb - 1:2.
Beləliklə görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Rəşad Sadıqovun yetirmələrinin may ayı üçün nəzərdə tutulan üç yoxlama matçından birincisi məğlubiyyətlə başlayıb.
Qeyd edək ki, U-20 yığmamız mayın 24-də və 27-də eyni stadionda Makedoniyanın U-21 millisi ilə iki yoxlama oyununda qüvvəsini sınayacaq.