Messinin cərimə zərbəsindən vurduğu qollar "Barselona"ya qələbə qazandırdı - FOTO

Baxış sayı:
2410

"Barselona" futbol üzrə İspaniya Primerosunun 15-ci turunda "Espanyol" üzərində qələbə qazanıb.

Kataloniya derbisi Barselona şəhərinin "RCDE - Kornelya-El Prat" stadionunda keçirilib və qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda qolların müəllifi Luis Suares və Lionel Messi və Usman Dembele olub. Messi cərimə zərbəsindən iki dəfə fərqlənərək dubl edib.

"Barselona" bu qələbə sayəsində xallarının sayını 31-ə çatdırıb və turnir cədvəlinə liderlik edir, "Espanyol" 21 xalla 9-cudur.

İspaniya - Primerosu. 15-ci tur

"Espanyol" - "Barselona" - 0:4

Qollar: 0:1 - Messi - 17, 0:2 - Dembele - 26, 0:3 - Suares - 45, 0:4 - Messi - 65.