Messi türk ulduzun "Barselona"ya transferini əngəlləyib

Bu yay adı "Barselona" ilə yanaşı çəkilən Məsut Özilin Kataloniya klubuna transfer olunmamasının səbəbi müəyyənləşib. Transferi Lionel Messi əngəlləyib.
 
Bildirilir ki, argentinalı ulduz Məsut Özillə birlikdə oynamağın faydalı olmayacağını rəhbərliyə deyib və transferin reallaşdırılmamasını istəyib. Lionel Messinin hansı səbəbdən bu qənaətə gəldiyi açıqlanmır. (fanat.az)