​Mehmet Ali Erbil haqqında ŞOK İDDİA - Döyülüb

Baxış sayı:
5860

Xəstəxanada müalicə alan türkiyəli şoumen Mehmet Ali Erbilin keçmiş sevgilisinin ailəsi tərəfindən döyüldüyü iddia edilib.
Mualifet.az AzNews-a  istinadla xəbər verir ki, 69 gündür xəstəxananın reanimasiya şöbəsində müalicə alan Mehmet Ali Erbil haqqında şok iddialar ortaya çıxıb.
İddialara görə, keçmiş sevgilisinin ailəsi Erbilin evinə gələrək onu döyüb.
Erbilin bacısı Yeşim Erbil Kanal D-də yayımlanan "2.Sayfa" verilişində bu iddiaya münasibət bildirib: "Dünən xəstəxanada idim. Mənə görsətdi ki, belə bir şey deyilir. İlk dəfə idi eşidirdim. Yəqin belə məlumatları məşhur olmaq üçün yayırlar. Belə bir hadisə olsaydı, polisin bundan xəbəri olardı".
Qeyd edək ki, Mehmet Ali Erbil evinin hamam otağında yıxılaraq sinəsini əzib. Əməliyyatdan sonra isə 16 illik xəstəliyi "Qaçış sindromu" yenidən baş qaldırıb.