Maykl Ceksonun elə bir görüntüsü yayıldı ki... - Video

Baxış sayı:
9283

"Deyli Meyl" dərgisi pedofiliyada ittiham olunan mərhum müğənni Maykl Ceksonun dindirilmə zamanı çəkilən videosunu yayıb.
Muxalifet.az xəbər verir ki, aşağıda təqdim olunan videoçarx 1996-cı il martın 1-də Nyu-York şəhərində yerləşən "Four Seasons" hotelində lentə alınıb. Prokurorluq işçiləri pedofiliyada ittiham olunan müğənnini dindirirlər.
Çarxdan da göründüyü kimi, ona qarşı irəli sürülən ittihamlara baxmayaraq, pop musiqisinin kralı özünü çox qəribə aparır - gülür, qəhqəhə çəkir, əsnəyir.
O, həmçinin, Bibliyadan sitatlar gətirir və özünü İsa peyğəmbərlə müqayisə edir. Ona qarşı irəli sürülən ittihamları isə başını yelləyərək qəbul etmir. Bundan əlavə, pop ulduz gey olmadığını bəyan edir.
Qeyd edək ki, M. Cekson yetkinlik yaşına çatmayan bir neçə nəfərə qarşı cinsi istimara görə dindirilib. Həmin şəxslər Cordan Çendler, Bret Barns və çoxlarına "Evdə tək" filmindəki yaratdığı obrazla tanış olan Makoley Kalkindir.
Xatırladaq ki, M. Cekson 2009-cu il iyunun 29-da dünyasını dəyişib.