​Marselo "Real"da qalır – Zidan müdaxilə etdi

Baxış sayı:
8080

Brazilyalı müdafiəçi Marselo “Real”da qalacaq.
Muxalifet.az “A Bola Brasil” saytına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu fransalı mütəxəssisin “Kral klubu”na qayıtmasından razı qalıb.
Məlumata görə, Zidanın “Real”ın prezidenti Florentino Peresdən əsas tələblərindən biri də Marselonu komandada saxlamaq olub. İddia edilir ki, bu həftə Zidan futbolçu ilə şəxsən görüşərək gələcək karyerasını müzakirə edəcək.
Daha əvvəl yayılan xəbərlərdə iddia edilirdi ki, Marselo “Yuventus”la razılığa gəlib və “Real”ı tərk etməyə hazırlaşır. Onun bu qərarı Santyaqo Solarinin dövründə əsas heyətdə yerini itirdikdən sonra verdiyi bildirilir.