“Mançester Siti” böyük hesabla qalib gəlib, “Lester” TARİX YAZIB

Baxış sayı:
7319

İngiltərə Premyer Liqasında X turun oyunları keçirilir.

APA-nın məlumatına görə, turun ikinci günündə 5 matç keçirilib.

Son çempion “Mançester Siti” “Aston Villa”nı üç cavabsız qolla darmadağın edib. “Brayton” “Everton”u 3:2 hesabı ilə üstələyib.

“Uotford” – “Bornmut” və “Vest Hem” – “Şeffild Yunayted” görüşlərində isə qalib müəyyənləşməyib. Günə “Bernli” – “Çelsi” matçı ilə yekun vurulub. Məhsuldar keçən oyunda qonaqlar 3 xal qazanlblar.

Xatırladaq ki, turun ilk oyun günü tarixi nəticə ilə əlamətdar olub. Səfərdə “Sauthempton”u 9:0 hesabı ilə məğlub edən “Lester” İngiltərə çempionatları tarixində ən böyük səfər qələbəsinin müəllifi olub. “Tülkülər” 1999-cu ildə “Nottinhem Forest”i 8:1 hesabı ilə yenən “Mançester Yunayted”in rekordunu yeniləyib.

“Lester” həm də Premyer Liqada ən böyükhesablı qələbə rekorduna şərik çıxıb. 1995-ci ildə “İpsviç”i 9 cavabsız qolla yenən “Mançester Yunayted”in rekordu təkrarlanıb.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

İngiltərə Premyer Liqası
X tur
25 oktyabr
“Sauthempton” – “Lester” – 0:9

Çiluell, 10, Tilemans, 17, Peres, 19, 39, 57, Vardi, 45, 58, 90 (pen.), Meddison, 85
26 oktyabr
“Mançester Siti” – “Aston Villa” – 3:0

Sterlinq, 46, De Breyne, 65, Gündoğan, 70
“Vest Hem” – “Şeffild Yunayted” – 1:1
Snodqrass, 44 – Mousset, 69
“Uotford” – “Bornmut” – 0:0
“Brayton” – “Everton” – 3:2

Qross, 15, Maupay, 80 (pen.), Diqne, 90 (avtoqol) – Vebster, 20 (avtoqol), Kalvert-Levin, 74
“Bernli” – “Çelsi” – 2:4
Rodriges, 86, Makneyl, 89 - Pulişiç, 21, 44, 56, Villian, 58

1.

Liverpul

9

8

1

0

21:7

25

2.

Mançester S.

10

7

1

2

32:9

22

3.

Lester

10

6

2

2

25:8

20

4.

Çelsi

10

6

2

2

23:16

20

5.

Arsenal

9

4

3

2

13:12

15

6.

Kristal P.

9

4

2

3

8:10

14

7.

Şeffild Y.

10

3

4

3

9:8

13

8.

Bornmut

10

3

4

3

13:13

13

9.

Vest Hem

10

3

4

3

12:14

13

10.

Tottenhem

9

3

3

3

15:13

12

11.

Bernli

10

3

3

4

14:15

12

12.

Brayton

10

3

3

4

12:14

12

13.

Vulverhempton

9

2

5

2

12:12

11

14.

Aston Villa

10

3

2

5

15:16

11

15.

Mançester Y.

9

2

4

3

10:9

10

16.

Everton

10

3

1

6

10:16

10

17.

Nyukasl

9

2

2

5

5:14

8

18.

Sauthempton

10

2

2

6

9:25

8

19.

Norviç

9

2

1

6

10:21

7

20.

Uotford

10

0

5

5

5:21

5