​Makqreqor Həbiblə görüşmək üçün ona müraciət etdi

Baxış sayı:
1366

Qarışıq döyüş növləri üzrə irlandiyalı idmançı Konor Makqreqor UFC-nin rəhbəri Deyn Uaytla görüşü zamanı Həbib Nurməhəmmədovla revanş istədiyini deyib.
Muxalifet.Az xəbər verir ki, irlandiyalı boksçu Nurməhəmmədovla yenidən rinqdə görüşməkdə israrlıdır. Konor bu barədə UFC-nin rəhbəri ilə 1 saata yaxın söhbət etdiyini bildirib. “Mən tez bir zamanda onunla matç-revanşda görüşmək istəyirəm. Bunun üçün istənilən rəqiblə hər hansı matç keçirməyə hazıram”, - deyə o, əlavə edib.
Xatırladaq ki, oktyabrın 6-da qarışıq döyüş növlərinin UFC 229 kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında döyüş keçirilib. Nurməhəmmədov 4-cü raundda irlandiyalı rəqibini boğucu fəndə salaraq məğlub edib və yüngül çəkidə öz UFC çempionu titulunu qoruyub.
Döyüşdən sonra Həbib Nurməhəmmədovla Makreqorun komandası arasında dava düşüb. Mühafizəçilərin müdaxiləsindən sonra onları bir-birindən ayırmaq mümkün olub. Eyni zamanda, rinqdə də Nurməhəmmədovun mühafizəçilərindən biri ilə Makqreqor arasında əlbəyaxa dava baş verib.
Oktyabrın 24-də Nurməhəmmədov və Makreqorun müvəqqəti diskvalifikasiyası ilə bağlı iş üzrə dinləmələr növbəti məhkəməyə saxlanılıb. Eyni zamanda, qonorarın bir hissəsinin (1 milyon dollar) məşq üçün rusiyalıya verilməsi qərara alınıb. Bununla belə hər iki idmançı dekabrın 10-na planlaşdırılan növbəti NSAC iclasına qatılmalıdır.