Madrid derbisindən “Real” qalib ayrıldı - VİDEO

Baxış sayı:
409

“Real” klubu İspaniya çempionatının 23-cü turu çərçivəsində Madrid derbisində “Atletiko” komandasına qalıb gəlib.
Muxalifet.az-ın xəbərinə görə, “Vanda Metroppolitano” arenasında keçirilən qarşılaşma “kral klubu”nun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qonaqlar hesabı 13-cü dəqiqədə açıblar. Künc zərbəsindən Serxio Ramosun ötürməsindən sonra Kazemiro fərqlənib.
Meydan sahibləri matçın 25-ci dəqiqəsində hesabı bərabərləşdiriblər. Antuan Qrizmann adını tabloya yazdırıb.
İlk hissənin sonlarında Serxio Ramos penalti zərbəsini dəqiq yerinə yetirərək “Real”ı hesabda irəli çıxarıb. Oyunda son nöqtəni isə 74-cü dəqiqədə Qaret Beyl qoyub.
“Ateltiko” oyunu azlıqda başa vurub. Belə ki, 80-ci dəqiqədə Tomas Parti ikinci sarı vərəqə ilə cəzalandırılaraq komandasını azlıqda qoyub.
Bu qələbə sayəsində “Real” klubu xallarının sayını 45-ə çatdıraraq Primerada ikinci pillədə qərarlaşan “Atletiko”nu (44) qabaqlayıb. Turnir cədvəlinə isə 50 xalla “Barselona” başçılıq edir.