Lukaşenko bu gün Türkiyəyə gedir - ƏRDOĞAN DƏVƏT ETMİŞDİ Kİ...

Baxış sayı:
12082

Belarus prezidenti Aleksandr Lukaşenko Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfərdə olacaq.
 
Bu  barədə Türkiyənin Prezident Sarayından məlumat verilib.
Səfər zamanı keçiriləcək görüşlərdə Türkiyə və Belarus arasındakı münasibətlər bütün ölçüləri ilə nəzərdən keçiriləcək, əməkdaşlığın genişləndirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.
Görüşlərdə, həmçinin regional və beynəlxalq proseslər haqqında fikir mübadiləsi aparılması nəzərdə tutulur.
İki ölkə arasındakı münasibətlərə əhəmiyyətli töhfələr verəcək müxtəlif müqavilələrin imzalanmasının da gündəmdə olduğu səfər münasibətilə Türkiyə-Belarus Biznes Forumunun keçirilməsi də planlaşdırılır.

Müxalifət.az