Luçesku: "Belə cəzaya layiq deyildim"

Türkiyə yığmasının baş məşqçisi Mirça Luçesku FİFA-nın ona qarşı kəsdiyi cəzaya münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, FİFA Luçeskunu Ukrayna yığması ilə qarşılaşmadakı hərəkətinə görə bir oyunluq cəzalandırıb. Həmin oyunda rumın mütəxəssis Ukraynanın vurduğu qolun təkrarını telefonu vasitəsilə hakimə göstərməyə cəhd etmişdi. O, bu cəzaya layiq olmadığını bildirib:
"FİFA-nın bu qərarına hörmət etməyə borculyam. Ancaq çox istərdim ki, cəza verilərkən təşkilatın gətirdiyi dəlilləri dinləyim. Bunu mən, Avropa futbolundakı 50 illik işimlə haqq etmişəm.
Hesab edirəm ki, belə cəzaya layiq deyildim. Amma təəssüf ki, buna qarşı heç nə etmək mümkün deyil".