Luçesku Ardanı milliyə qaytarır

Türkiyə millisinin yeni baş məşqçisi Mirça Luseçku bir müddət əvvəl milli komanda karyerasını başa vurduğunu açıqlayan ulduz futbolçu Arda Turanla bağlı danışıb.
 
Luçesku Arda Turanla telefon əlaqəsi yaradıb söhbət edəcəyini bildirib.
Onun bu açıqlaması Ardanı yenidən milli komandada çıxış etməyə razı salacağı kimi başa düşülüb. Türkiyə yığmasının aparıcı qüvvəsi olan “Barselona”nın ulduz futbolçusu Arda Turanın milliyə qayıtmaq ehtimalı indidən sevinclə qarşılanıb.
Qeyd edək ki, bir müddət əvvəl jurnalist Bilal Meşəni təhqir etdiyi üçün baş məşqçi Fatih Terim tərəfindən təlim-məşq toplantısından kənarlaşdırılan Türkiyə millisinin oyunçusu Arda Turan yığma komandadan uzaqlaşdığını açıqlayıb./axar.az