​“Lotu Quli”nin Belarus nəzarətçisi həbs edildi - FOTO

Baxış sayı:
3600

Belarusun paytaxtı Minskdə “Kandıba” ləqəbli qanuni oğru həbs edilib. Lent.az-ın Rusyia KİV-ə istinadən verdiyi məlumata görə, “Kandıba” quldurluqda və zorlamada ittiham olunur. Bildirilir ki, “Kandıba” bundan əvvəl 3 dəfə məhkum edilib. O, Belarus kriminalitetinin “Xaç atası” sayılan Aleksandr Kuşnerovun (“Saşa Kuşner”) sağ əli sayılırdı. “Saşa Kuşner” onu Belarusa nəzarətçisi təyin etmişdi. Yayılan xəbərə görə, Aleksandr Kuşnerov bunu “Lotu Quli”nin tapşırığı ilə etmişdi. Söhbət ondan gedir ki, “Saşa Kuşner” bir qədər əvvəl Moskva vilayətində qısa müddətə həbs edilmiş, azadlığa çıxan kimi Rusiyanı tərk edib, İstanbulda yaşayan “Lotu Quli”yə sığınmışdı. “Lotu Quli”yə biətdən sonra məhz “Kandıba” Belarusa nəzarətçi təyin olunmuşdu.