​Lənkəranskinin yaxın adamına HÖKM OXUNDU - CƏZA

Baxış sayı:
541

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Bəhruz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Bəhruz Əsgərov 6 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Bəhruz Əsgərov narkotik maddələrin qanunsuz dövriyyəsindı təqsirli bilinib. Amma o, özünü təqsirli bilməyib və narkotik maddənin ona aid olmadığını deyib.
Qeyd edək ki, Bəhruz Əsgərov kriminal aləmə yaxın adamdır. Onun “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyevin tərəfdarı olduğu qeyd edilib.
Bəhruz Əsgərovun qardaşları da kriminal aləmə yaxın şəxslərdir.