“Kürd referendumu” qanunsuzdur - İRAQDAN QƏRAR

İraqın Ali Məhkəməsi Şimali İraq Kürd Muxtariyyətinin müstəqilliyi ilə bağlı referendumun dayandırılması istiqamətində qərar qəbul edib.
Müxalifət.az
xəbər verir ki, bu barədə Ali Məhkəmənin mətbuat xidməti informasiya yayıb. “Məhkəmə Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzaninin qərarı ilə 25 sentyabr 2017-ci il tarixində keçiriləcək müstəqillik referendumunun Konstitusuyaya zidd olması səbəbi ilə dayandırılmasına qərar verib”, - mətbuat xidməti bildiriş yayıb. Qeyd edək ki, Şimali İraq Kürd Muxtariyyəti bütün etirazlara baxmayaraq, referendumun təyin edildiyi vaxtda keçiriləcəyini açıqlamışdı.