KORONOVİRUS, YA "EKONOMVİRUS"

Baxış sayı:
3667

Çinin içindəki "Koronovirus" məsələsi getdikcə böyüməkdədir. Onun ABŞ-a verə biləcəyi cavab çox şeyi dəyişdirə bilər, lakin, daxilə qapanmaları davam edərsə əldə edə biləcəkləri nəticə olmayacaq. Daxildə problemlərlə boğuşacaqlar və biz bir nəhəndin çürüməsini gözümüzlə görəcəyik. Dünyanı dəyişdirmək üçün "İpək Yolu"na sarılan Çin ABŞ-ın bu həmləsinə cavab verə bilməzsə, çıxış yolu tapa bilməsi heç asan olmayacaq...
Biz içindən keçdiyimiz günü yaşayarkən adı tez-tez hallanan "Stratfor" nəşri yenə gündəmə gəldi. "CİA Kölgəsi" olaraq bilinən təşkilatın 5 il öncə Pentaqona təqdim etdiyi məruzə üzə çıxdı. Bəlkə də bu bir hissəsi idi...

Yayınlanan və yayınlanmayan hissələrində önəmli vurgular var idi...
Stratforun məruzəsinə keçməzdən əvvəl "ABŞ Çini tərk-silah edərsə, qurmaq istədiyi dünya necə bir yerdir?" sualına cavab tapmağımız lazımdır... "Tək Qütblü bir dünyamı gələcək? Çin iki nəhəngdən bir olaraq irəliləyirdi. Sürpriz həmlə gəlməsə, onun böyüklüyünə əl gəzdiriləcək. Məhdud və nəzarət oluna bilən dövlət halına gələcək...Əlindəki pul və vəsaitlər alındıqdan sonra...
Stratforun hazırladığı məruzəyə gəlincə o tarixdə bir hissəsi yayınlandı, bir qismi isə Pentaqona "məxfi" olaraq verildi. Gizli qalan qisminin nə olduğunu və 2025-ci ilə qədər dünyanın hansı şəkilə düşəcəyinin anladıldığı planlardan nə qədərinin gerçəkləşdiyini bilmirik. 
2015-ci ildə Stratfor "İfrat sağ siyasətçi Nigel Faragenin lideri olduğu Böyük Britaniya Müstəqil Partiyası "Breksit"i ortaya atacaq. 5 il içində İngiltərə Avropa Birliyindən ayrılacaq" deyə bildirilmişdi. Bu gündən 2015-ci ilə baxıldığında bu təxminlərin 100 faizi reallaşıb. Gizli bölümlərdə "Avropa Birliyi 2020-dən sonra dağılma dövrünə girəcək. Çünki, Avropa Birliyi, xüsusilə başqa ölkələrdən qaçqınlar problemi səbəbi ilə təkrar qapadılmağa üstünlük verəcək 2024-cü ildə bir çox ölkə AB-dən ayrılmaq üçün müraciət edəcək" deyə vurğulanır...
Çünki, ABŞ dərin dövləti lap əvvəldən AB-ni özünə rəqib görürdü...
Məruzədə, çox ekspertlər Fransa və Almaniyanın AB-nin yükünü daşıya bilməyəcəyini analizlərlə açıqladı. Avropa Birliyinə üzv ölkələrdə yaşanan iqtisadi böhranın miqyası əhəmiyyətli şəkildə artdı. Vaşinqtonun Afrikaya göstərdiyi təsir nəticəsində Fransada yaşanacaq etiraz aksiyaları nəticəsində FREXİT səsləri yüksələcək. 2 ildir ki, Fransada AB-dən ayrılma ssenariləri ciddi şəkildə müzakirə olunur. 
Çünki, Fransanın Afrikadan əldə etdiyi gəlirlər böhran yaşayan Avropa ölkələrinə sərf olunur. ABŞ həm Afrikaya təzyiq göstərir, həm Fransaya axan pul Parisdə qala bilmir. 
Fransa prezidenti Makron, ölkəsinin AB-dən ayrılma riski ilə üz-üzə gələ biləcəyini seçimlərdən öncə, həm prezident olduqdan sonra dəfələrlə dedi. Fransızların yüzdə 65 faizi FREXİT-i dəstəkləyir. Eyni hal Almaniya üçün də keçərlidir. Dexit, Grexit, Frexit, Spexit və ltexit səsləri də heç azalmadan yüksəlməyə davam edir. Bu səsləri bu ölkələrin küçələrində görmək belə mümkündür...
Məruzədə vacib qeydlərdən biri də Rusiya ilə bağlıdır...
Avropa Birliyindən sonra Rusiya dağılacaq. Vaşinqton, London, Berlində hazırlanan 10, 20 və 50 illik çalışmaların sonunda Rusiyanın dağıdılacağı proqnozu verilir. Təbii ki, Staratforda Türkiyənin də adı çəkilir. Türkiyə ilə bağlı bölümdə çox vacib detallar var idi... Məruzədə, "Türkiyənin bir tərəfdən daxili siyasətinə sabitlik gətirməsinin əhəmiyyətli olduğu qeyd olunurdu. 
"Daxili siyasi anlaşılmazlıqlar çözülərsə, Türkiyı güclənər. Ordusunu, kəşfiyyatını eyni mərkəzə yönəldə bilərsə, Türkiyə vacib regional güc olacaq" deyə bildirirlir. 2015-dən sonra Stratfor məruzəsi səbəbilə Vaşinqtonun Ankaraya qarşı təşkil etdiyi əməliyyatları saymağa gərək yoxdur. Ancaq, analizlərə görə, Türkiyə bütün bu əməliyyatlara baxmayaraq, güclü və təsirli ölkə ola bilər. 
Türkiyədən sonra siyahıda Çin gəlir. 
Çin uzun-uzadı müzakirə olunur. Bu ölkənin diktator idarəçiliyinə keçəcəyi proqnozlaşdırılır. 2019-cu ildən etibarən Vaşinqtonun Çini təsiri altına alması vurğulanır. Həqiqətən, Pentaqon 2019-cu ildən Çini hədəf seçdi. 2020-dən etibarən ən önəmli kart istifadə olundu. 
Bəziləri "Koronovirus" desə də, əslində epidemiya "Ekonomvirus" təsirini göstərdi. Çinin öz içinə qapanmış, İpək Yolu layihəsində sadəcə kiçik payı olan bir ölkə halına gələcəyi proqnozu 2015-ciil məruzəsində var. İnanmaq çətindir, amma Çin analizi belədir... Son dərəcə təvazökar iqtisadi planları olan diktator rejim ABŞ tərəfindən dəstəklənəcək. Çin, ABŞ-ın ehtiyacını təmin edən, ancaq dollar ehtiyatı olmayan bir ölkə vəziyyətinə gətiriləcək. 

Yaxın Şərq daha da qarışacaq.
Suriyada xaos artacaq, İsrail-Fələstin sülh sazişi masada olsa da, həyata keçməyəcək. Liviya xüsusi hədəf olacaq. 2019-cu ildən etibarən Liviya, Suriya və İraq kimi ölkələrdə dövlətdən kənar qruplar ortaya çıxacaq. Bu qruplar önəmli çevrilişlərə səbəb olacaq. 
Xüsusilə, Liviyada yeni bir güc dünya tərəfindən qəbul olunacaq. Bu proznozu verdikdən sonra belə bir qeyd olunur: ABŞ Liviyada təsirli olmalıdır. Bunun əksi 50 illik planları uğursuz olacağı deməkdir.
Stratfora görə, Afrikanın önəmi daha da artacaq. Bəs ABŞ-ın planı nə olacaq? Bu məqamlar isə paylaşılmır.  
Dərin ABŞ-ın "dərin ağlı" sətirlər arasında bunları paylaşır... "Afrikada aclıq probleminin artması ilə birgə xaos yayılacaq. Xilaskar ölkənin olması gözləniləcək. Əlbəttə, Fransanın planları Afrikada keçərli olmayacaq və ABŞ oradakı hərbi bazalarının yardımı ilə təsirini artıracaq...". 5 il əvvəl hazırlanan məruzələrin nə qədər uğurlu proqnozlar verdiyini görürük.
Burada Stratforun doğru analiz etməsindən çox, Pentaqonun planlarının uğurlu şəkildə tamamlandığına fikrimizi cəmləməliyik. Çünki, Stratforun hazırladığı məruzə açıqlanmadan öncə Pentaqon son yoxlamanı aparır. Yəni təxminlər önəmlidir, amma Pentaqonun əhatə dairəsi daha güclüdür. Son nəticədə bunları həyata keçirən önəmlidir. Uzaqdan baxılan zaman ABŞ Dərin Dövləti "Tək Mədəniyyəti" olan dünya istəyir və rəqib olaraq gördüyü Avropa Birliyi və Çini nəzarət altına alır. 10 dollarlıq "ECONOMVİRUS" ilə Çini rəsmən dayandırdılar. Ancaq Çin dura bilməz! Ya böyüyəcək, ya kiçiləcək, iddiasız ölkə olacaq. Avropanın problemləri isə gedərək böyüməkdədir. Yaxın Şərq də xaosun cənginə düşməkdədir. Hücumlara baxmayaraq Türkiyə güclü və iddialı olduğu zaman alacağı yol çoxdur. Türkiyəni yıxa bilməyən hücumlar onu böyüdəcək... Amma enerjisini daxili siyasi çəkişmələrə sərf etməzsə.
ABŞ-ın iki böyük rəqibi var!
Avropa və Çin. Türkiyə iki mərkəzin ortasındadır.   
Ergün Diler, "Takvim" 
Tərcümə Muxalifet.az-ındır.