Konstantin Kosaçev: "Qasim Süleymaninin öldürülməsi, müharibənin xəbərçisidir"

Baxış sayı:
2221

Rusiya beynəlxalq əlaqələr komitəsi rəhbəri Kosaçev, Qasım Süleymaninin öldürülməsinin Amerikalılar ilə Iraqdaki şiələr arasındaki qarşıdurmaların xəbərçisi olduğunu söylədi.
Muxalifet.az 
bu barədə "Hurriyet"ə istinadla bildirir.
Konstantin Kosaçev, rus KİV-lərinə verdiyi açıqlamada, Süleymaninin öldürülməsini, az önce Bağdaddaki ABŞ səfirliyinə hücumun intiqamına oxşayan "çox pis ssenari" kimi qiymətləndirdi.
Kosaçev, "Əgər elədirsə, təəssüf ki, qisas çox çəkməyəcək. Çünki müharibələrin başlaması asan, ancaq bitməsi çox çətindir ", deyə ifadə etdi.
İraqdakı şiələrin buna cavab verəcəyinə işarə edən Kosaçev, “bu çox acı xəbər Amerikalılar ilə İraqdakı radikal şiələr arasında yeni müharibənin işarəsidir” dedi.
Pentagon, ABŞ prezidenti Trampın göstərişi ilə tərtib olunan əməliyyatla İran İnqilab Keşikçiləri Ordusunun başçısı general Süleymanının öldürüldüyünü açıqlamışdı.
Muxalifet.az