Komitə sədri Nyu-Yorkda görüşlər keçirib - FOTOLAR

Baxış sayı:
421

ABŞ-da səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Amerika Sefardlar (İspaniya yəhudiləri) Federasiyasının İdarə Heyətinin prezidenti David Dangoor ilə görüşüb. Komitənin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, görüşdə David Dangoor rəhbərlik etdiyi Federasiyanın fəaliyyəti, həyata keçirdiyi layihələr və perspektivlər barədə məlumat verilib. Eyni zamanda, Federasiya üzvləri işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər təəssüratlarını da nümayəndə heyəti ilə bölüşüb.
Azərbaycan və onun diasporu haqqında məlumat verən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov gələcək perspektivlər barədə fikirlərini bildirib. Qarşılıqlı səmimi şəraitdə keçən görüşdə gələcək əməkdaşlıq istiqamətləri, Azərbaycanda və Amerikada ortaq layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.
Daha sonra nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və soydaşlarımızın təşkilatçılığı ilə keçirilən “Florida Keys” Gənc istedadlar üçün beynəlxalq musiqi müsabiqəsinin qala konsertinə qatılıblar. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və BMT yanında daimi nümayəndə Yaşar Əliyev də konsertdə iştirak edib.  
Tədbirdə çıxış edən Komitə sədri Fuad Muradov belə müsabiqələrin mədəni irsimizin təbliği baxımından əhəmiyyətini vurğulayıb. Dünya xalqlarının mədəni inteqrasiyası, mədəni dəyərləri bölüşməsi baxımından belə tədbirlərinin zəruri olduğu bildirilib.
Konsertdə müxtəlif millətləri təmsil edən uşaqların, o cümlədən azərbaycanlı balacaların da ifaları səslənib.
 


Muxalifet.az