Köçaryana qarşı yeni cinayət işi açıldı - BU DƏFƏ MALİYYƏ MAXİNASİYALARI İTTİHAMI

Baxış sayı:
5125

Ermənistanın sabiq prezidenti Robert Köçaryana qarşı yeni cinayət işi başlanıb.
“İnterfaks” xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan bildirib.
Məlumata görə, Köçaryan 1 mart hadisələri ilə yanaşı maliyyə maxinasiyaları və pulların yuyulmasında ittiham olunur.
Vanetsyanın sözlərinə görə, sabiq prezidentə qarşı ittihamda söhbət yüzlərlə milyon dollardan gedir. O, qeyd edib ki, İrəvandakı “Konqress” mehmanxanasının 6 milyon dollar rüşvətlə necə alındığına dair faktlar açıqlanacaq.