​Klub kapitanının ölümü ilə əlaqədar futbol matçları təxirə salındı - İTALİYADA

Baxış sayı:
1699

Bu gün İtaliyada futbol üzrə çempionatın 27-ci turu çərçivəsində keçirilməsi nəzərdə tutulan matçların hamısı təxirə salınıb.
APA-nın "Football Italia" portalına istinadən verdiyi məlumata görə, matçların təxirə salınması "Fiorentina" komandasının 31 yaşlı müdafiəçisi və kapitanı David Astorinin  ölümü ilə əlaqədardır.
D. Astori ötən gecə İtaliyada mehmanxanalardan birinin nömrəsində ölmüş vəziyyətdə tapılıb.
Qeyd edək ki, 2015-ci ildən Fiorentina komandasında çıxış edən D. Astori əvvəllər "Roma" i "Kalyari" komandalarında oynayıb.  İtaliya yığmasında da 14 oyun keçirən D. Astori 1 qol da vurub.