Klinton haqda növbəti araşdırma - TRAMPDAN GÖSTƏRİŞ

Baxış sayı:
7720

ABŞ prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunu (FTB sabiq dövlət katibi, Demokratlar Partiyasından prezidentliyə keçmiş namizəd Hillari Klinton barəsində araşdırmanı yenidən keçirməyə çağırıb.

“RİA-Novosti” agentliyi xəbər verir ki, ABŞ prezidenti bu haqda tvitter səhifəsində yazıb.

Söhbət Klintonun 2009-2013-cu ilərdə dövlət katibi olarkən şəxsi serverindən xidməti yazışmalar üçün istifadə etməsindən gedir. FTB 2015-2016-cı illərdə məxfi informasiyanın mümkün itkisi ilə bağlı araşdırma aparıb. FTB araşdırmanın nəticəsinə görə Klintonun hərəkətlərində cinayət tərkibini tapmayıb.

Lakin araşdırma ilə bağlı xəbərlər 2016-cı il prezident seçkiləri ərəfəsində Klintonun reytinqinə böyük zərbə vurub. Nəticədə, sabiq dövlət katibi Donalda Trampa uduzub.